Tramp Zelenskiyə Moskvanı vurmağı təklif edib

Dünya

15.07.2025 - 18:48

Ukrayna lideri suala “bizə silah versəniz, edə bilərik” cavabı verib

ABŞ Prezidenti Donald Tramp iyulun 4-də telefon söhbəti zamanı Ukrayna Prezidenti Volodimir Zelenskidən Ukraynanın niyə hələ də Moskvaya zərbə endirmədiyini soruşub.

AYNA.AZ xəbər verir ki, bu barədə “Financial Times”ın mənbəsi məlumat verib.

Qeyd olunub ki, Zelenski bu suala “bizə silah versəniz, edə bilərik” cavabını verib.

Ağ Ev və Ukrayna prezidentinin ofisi bu məsələyə münasibət bildirməyib.

“The Washington Post” qəzetində dərc olunan məqalədə isə bildirilib ki, Tramp Zelenski ilə telefon danışığından bir gün əvvəl Rusiya Prezidenti Vladimir Putinlə söhbətindən narazı qalıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş