Tramp Zelenskini təhqir edib: “ABŞ-a pul üçün gələn alverçidir”

Dünya

24.09.2024 - 16:02

Həkimlər Klinikalar SEO Xidməti

“Zelenski tarixin ən böyük alverçisidir – hər dəfə ölkəyə gələndə 60 milyard dollarla çıxıb gedir”

ABŞ Respublikaçılar Partiyasından prezidentliyə namizəd, sabiq Prezident Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini təhqir edib. Sabiq Prezident Ukrayna liderini Amerikaya hər səfərindən sonra Kiyevə pulla qayıdan “tarixin ən böyük alverçisi” adlandırıb. AYNA xəbər verir ki, bu barədə “Focus.ua” məlumat yayıb.

“Mən görürəm ki, Zelenski buradadır. Düşünürəm ki, Zelenski tarixin ən böyük alverçisidir – hər dəfə ölkəyə gələndə 60 milyard dollarla çıxıb gedir”, - Tramp bildirib.

Tramp həmçinin Ukrayna siyasətinə “fərqli” yanaşacağını bildirib. Tramp əlavə edib ki, o, Ukrayna liderinin "demokrat rəqibi Kamala Harrisin seçkidə qalib gəlməsini həqiqətən istədiyinə" inanır: “Seçkidə qalib gəlsəm, Ukrayna və Rusiyanı danışıqlar masasına oturtmağa çalışacağam. Qalib gəlsəm, ilk işim Zelenskiyə zəng etmək, Rusiya Prezidenti Vladimir Putinə zəng etmək olacaq. Və ona deyəcəm ki, sən razılaşmalısan, bu dəlilikdir", - Tramp vurğulayıb.

Trampın bu bəyanatları Zelenskinin Harris və ABŞ Prezidenti Co Baydenlə görüşləri ərəfəsinə təsadüf edir və bu görüşdə Ukrayna liderinin müharibəni dayandırmağa yönəlmiş “qələbə planını” təqdim edəcəyi gözlənilir.

Qeyd edək ki, Zelenski Trampın özü ilə də “qələbə planı”nı müzakirə etmək istəyir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş