Liderlərin görüşü qapalı qapılar arxasında keçirilib
ABŞ Prezidenti Donald Tramp və Suriyanın müvəqqəti Prezidenti Əhməd əl-Şaraa arasında Ağ Evdə danışıqlar aparılıb. AYNA.AZ “Reuters”ə istinadən bildirir ki, görüş qapalı qapılar arxasında keçirilib.
Agentlik yazıb ki, Şaraa binaya əksər dövlət başçıları kimi şimal tərəfdəki giriş yolundan deyil, "yan giriş"dən daxil olub.
Şaraanın noyabr ayında Vaşinqtona səfər planları əvvəllər Suriya Xarici İşlər Nazirliyi tərəfindən təsdiqlənmişdi. Danışıqların respublikaya qarşı sanksiyaların tamamilə ləğvinə yönələcəyi gözlənilir.
Bu, Suriya liderinin 1946-cı ildə müstəqillik qazandıqdan bəri ABŞ-a ilk səfəridir. May ayında Şaraa Trampla Ər-Riyadda və həmçinin BMT Baş Assambleyasında görüşüb.