“Rusiyanı Çinə doğru itələmək əvəzinə Rusiya ilə yaxşı münasibət qurmalıyıq”
“Vaşinqton Rusiyanı Çin ilə daha sıx əməkdaşlığa sövq etməkdənsə, Moskva və Rusiya Prezidenti Vladimir Putinlə münasibətləri düzəltməlidir”. AYNA TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş Prezidenti Donald Tramp “Fox News” telekanalında deyib.
Tramp qeyd edib ki, Putinlə yaxşı münasibət çox vacib və yaxşıdır: “Rusiya ilə iş görməliyik. Rusiyanı Çinə doğru itələmək əvəzinə Rusiya ilə yaxşı münasibət qurmalıyıq. Unutmayaq, Moskva və Pekin birlikdə güclənirlər”.