“Kömək istəyəcəyimiz sonuncu şəxs Zelenskidir"
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Yaxın Şərqdə İran dronlarını ələ keçirmək üçün köməyə ehtiyacı olmadığını bildirib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Tramp həmçinin Ukrayna Prezidentinin köməyinə ehtiyacı olmadığını bəyan edib.
“Martın əvvəlində Volodimir Zelenski Ukrayna ordusunun Rusiya dronlarını vurmaq təcrübəsindən istifadə edərək, Amerika qoşunlarına və Yaxın Şərqdəki müttəfiqlərinə İran dronlarını ələ keçirməkdə kömək etməyi təklif etdi. Lakin köməyə ehtiyacımız yoxdur. Kömək istəyəcəyimiz sonuncu şəxs Zelenskidir".
Prezident ABŞ-ın dron ələ keçirmə texnologiyası sahəsində Ukraynadan yardım qəbul edib-etməməsi ilə bağlı şərh verməkdən imtina edib.