“Biz bunun üzərində çox çalışırıq və bunu dayandırmalıyıq"
ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli üçün çalışmağa davam etdiyini və buna nail ola biləcəyinə inandığını açıqlayıb.
AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Tramp Ağ Evdə keçirilən Milad ağacının işıqlandırılması mərasimində deyib ki, “Biz bunun üzərində çox çalışırıq və bunu dayandırmalıyıq".
Prezident ölkəsinin hazırda təhlükəsiz olduğunu və insanların Milad və Yeni İli təhlükəsiz şəkildə qeyd edə biləcəyini söyləyib.
"Bir millət olaraq minnətdar olacağımız çox şey var. Bu bayram mövsümündə sərhədimiz təhlükəsizdir, ruhumuz dirçəlir - ölkəmizin tarixindəki ən təhlükəsiz sərhəd var. Yeddi ayda heç kim ölkəmizə qanunsuz olaraq daxil olmayıb", - deyə Amerika lideri bildirib.
O sülhü və asayişi qoruyan Milli Qvardiyanın "cəsur qəhrəmanları" da daxil olmaqla, ABŞ hərbçilərinə təşəkkür edib.