“İsraildə və Yaxın Şərqdə girovların qaytarılmasına kömək etməkdə çox fəalıq”
“Ukrayna münaqişəsinin həllində irəliləyiş azdır”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Florida ştatındakı Mar-a-Laqo mülkündə çıxışı zamanı deyib.
“Biz bildiyiniz kimi, İsraildə və Yaxın Şərqdə girovların qaytarılmasına kömək etməkdə çox fəalıq. Biz bunun üzərində çox çalışırıq. Həmçinin Ukraynada bu dəhşətli müharibəni dayandırmağa çalışırıq. Biz müəyyən irəliləyiş əldə etdik, amma bu, azdır”, Tramp qeyd edib.
ABŞ-ın yeni lideri “irəliləyiş” dedikdə nəyi nəzərdə tutduğunu qeyd etməyib.