Tramp söz verdi: Milli Kosmik Qvardiya yaradacaq

Dünya

27.08.2024 - 11:23

Həkimlər Klinikalar SEO Xidməti

Tramp yenidən seçiləcəyi təqdirdə ABŞ Milli Kosmik Qüvvələri yaradacağına söz verib

ABŞ Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp yenidən seçiləcəyi təqdirdə Milli Kosmik Qvardiya yaradacağına söz verib. AYNA “Military Times”a istinadən xəbər verir ki, Tramp bunu Detroytdakı mitinqdə deyib.

"ABŞ Kosmik Qüvvələrinin əsas döyüş ehtiyatı kimi Milli Kosmik Qvardiya yaratmağın vaxtı çatıb", - siyasətçi deyib.

Tramp ilk prezidentlik dövründə Kosmik Qüvvələrin yaradılmasına göstəriş verdiyini xatırladıb və bunu özünün əsas nailiyyətlərindən biri adlandırıb.

Respublikaçı həmçinin müxtəlif texnologiyalara, o cümlədən süni intellektə, robot texnikasına, dronlara və hipersəs silahlarına daha çox maliyyə vəsaiti yatıracağına söz verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş