Tramp şahzadə Harrini ABŞ-dan qova bilər

Dünya

11.11.2024 - 14:42

Həkimlər Klinikalar SEO Xidməti

Kral ailəsinin üzvü viza üçün müraciət edərkən narkotik qəbul etmək barədə yalan danışıb

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp şahzadə Harrini ölkədən qova bilər. AYNA xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.

Qeyd olunub ki, “Heritage Foundation” analitik mərkəzi uzun müddətdir ki, şahzadə Harrinin məlumatlarını dərc etməyi planlaşdırıb, lakin ABŞ-ın hazırkı Prezidenti Co Baydenin qadağasından yan keçə bilməyib.

Şahzadənin ABŞ-dakı viza statusu onun öz xatirələrində müxtəlif qadağan olunmuş maddələrdən istifadə etdiyini etiraf etdiyi üçün sual altına düşüb. Qeyd olunur ki, ABŞ-a giriş qaydalarına əsasən, bu məlumat onun immiqrasiya sənədlərində göstərilməli idi. Lakin məlumatlar bu günə qədər açıqlanmayıb. Gözlənilir ki, Amerikanın yeni administrasiyası dövründə bu məlumatlar açıqlana bilər və Harrinin özü deportasiya oluna bilər.

Eyni zamanda, Trampın özü də bu ilin martında bəyan etmişdi ki, yenidən dövlət başçısı seçilərsə, ABŞ-da yaşayan şahzadə Harrini ölkədən deportasiya edə bilər. Çünki kral ailəsinin üzvü viza üçün müraciət edərkən narkotik qəbul etmək barədə yalan danışıb.

Müəllif: Ayna.az