“Əgər ABŞ Qrenlandiyanı ələ keçirməsə, Rusiya və ya Çin ala bilər”
“Əgər ABŞ Qrenlandiyanı ələ keçirməsə, Rusiya və ya Çin ala bilər. Çünki adanın faktiki olaraq öz müdafiəsi yoxdur”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
“Air Force One” təyyarəsində jurnalistlərə danışan Tramp bildirib ki, Qrenlandiyanın müdafiəsi əsasən "iki it komandası" ilə məhdudlaşır.
"Qrenlandiya razılaşma bağlamalıdır, çünki mən Qrenlandiyanı Rusiya və ya Çinin ələ keçirməsini istəmirəm", deyə Amerika lideri vurğulayıb.
Tramp məsələnin xüsusilə ABŞ-ın adanı "ələ keçirməsi" ilə bağlı olduğunu söyləyib. Əks halda, o digər güclərin bunu edə biləcəyini bildirib: "Mən prezident olduğum müddətdə bu baş verməyəcək".
Tramp əvvəllər dəfələrlə Rusiya və Çindən gələn təhdidlərə istinad edərək, Qrenlandiya üzərində Amerika nəzarətinin qurulmasının vacibliyini iddia edib. Lakin “Financial Times” qəzeti xəbər verir ki, Şimali Avropa ölkələrindən olan diplomatlar adanın yaxınlığında Rusiya və Çin gəmilərinin olması iddialarını rədd edirlər.