“Mənə çoxlu şifahi zəmanətlər verilib və inanıram ki, onlara çox güclü şəkildə əməl olunacaq”
“Qəzzada müharibə başa çatıb”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp İsrailə səfəri zamanı təyyarədə jurnalistlərə açıqlamasında deyib.
Amerika lideri Yaxın Şərqdə vəziyyətin normallaşacağını bildirib.
Tramp İsrail və HƏMAS arasında atəşkəs razılaşmasının qüvvədə qalacağına inandığını söyləyib və insanların müharibədən yorulduqlarını deyib: “Mənə çoxlu şifahi zəmanətlər verilib və inanıram ki, onlara çox güclü şəkildə əməl olunacaq. Bunun gerçəkləşəcəyini düşünürəm”.