Tramp: “Qətər tərəfindən hədiyyə edilən “Boeing” çox böyükdür”

Dünya

29.05.2025 - 16:03

cedabet dərman SEO Xidməti

“Təyyarə ABŞ-dadır və təhlükəsizlik standartlarına uyğunlaşdırmaq üçün yenidən qurulur”

ABŞ Prezidenti Donald Tramp Qətərin hədiyyə etdiyi “Boeing 747-8” təyyarəsini "çox böyük" adlandırıb. AYNA.AZ xəbər verir ki, bu barədə “The Guardian” qəzeti yazıb.

Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Trampın sözlərinə görə, təyyarə çox böyük olub. Prezident “Boeing”in “Air Force One” (ABŞ Prezidentinin rəsmi təyyarəsi) kimi istifadə edilib-edilməyəcəyini dəqiqləşdirməyib. Yalnız bildirib ki, “təyyarə ABŞ-dadır və təhlükəsizlik standartlarına uyğunlaşdırmaq üçün yenidən qurulur”.

Təyyarənin bütün təhlükəsizlik standartlarına uyğunlaşdırılması üçün görüləcək işlərin dəqiq dəyərini bilmədiyini qeyd edən Tramp bunun oxşar yeni təyyarədən çox ucuz başa gələcəyini qeyd edib.

ABŞ Prezidenti 1990-cı illərin əvvəllərindən istismarda olan hazırkı prezident təyyarəsinin dəyişdirilməsində gecikmələrə görə Amerika təyyarə istehsalçısı “Boeing”i yenidən tənqid edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş