Tramp qalib gələrsə, Aİ Rusiyaya qarşı sanksiyaları gücləndirə bilər

Dünya

25.10.2024 - 13:22

Həkimlər Klinikalar SEO Xidməti

Vaşinqton kursu dəyişmək qərarına gəlsə belə, Aİ-nin Rusiyaya qarşı sanksiyaları uzun müddət qüvvədə qalacaq

Avropa İttifaqı (Aİ) ABŞ Respublikaçılar Partiyasının namizədi Donald Trampın prezident seçkilərində qalib gələcəyi təqdirdə Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin gücləndirilməsi imkanını nəzərdən keçirir. AYNA xəbər verir ki, bu barədə mənbələrə istinadən “Reuters” məlumat yayıb.

Bildirilib ki, Avropa rəsmiləri əmin olmaq istəyirlər ki, Vaşinqton yeni administrasiyanın gəlişi ilə kursu dəyişmək qərarına gəlsə belə, Aİ-nin Rusiyaya qarşı sanksiyaları uzun müddət qüvvədə qalacaq.

Agentliyin mənbələri qeyd ediblər ki, müzakirə olunan tədbirlər Rusiyanın aktivlərinin dondurulmasına və sanksiyalardan yayınmağa nəzarətə təsir edə bilər.

“Reuters”in həmsöhbətləri bildiriblər ki, Aİ həmçinin Rusiya neftini daşıdığı iddia edilən daha 45 gəmini qara siyahıya salmaq və Rusiyadan mayeləşdirilmiş təbii qazın idxalına məhdudiyyətlər qoymaq niyyətindədir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş