Tramp onlarla ölkəni Sülh Şurasına qoşulmağa dəvət edib

Dünya

20.01.2026 - 18:22

"Şübhələnirəm ki, o BMT-yə qarşı çıxdığı qənaətinə gələcək”

ABŞ Prezidenti Donald Tramp 58 ölkənin liderini Qəzza Sülh Şurasına qoşulmağa dəvət edib. AYNA.AZ xəbər verir ki, bu barədə ABŞ rəsmisi “Axios”a bildirib.

Mənbənin sözlərinə görə, Tramp Davosda keçirilən Dünya İqtisadi Forumundakı çıxışı zamanı Sülh Şurasının fəaliyyətini Birləşmiş Millətlər Təşkilatının işi ilə müqayisə edəcək.

"Şübhələnirəm ki, o BMT-yə qarşı çıxdığı qənaətinə gələcək. Amma Donald Trampın çıxışını edənə qədər ondan nə gözləmək lazım olduğunu heç vaxt bilmirsən", - deyə rəsmi izah edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş