Tramp Netanyahunu Livana qarşı dəqiq zərbələr endirməyə çağırıb

Dünya

30.04.2026 - 17:08

"Mən Netanyahuya dedim ki, o daha dəqiq olmalıdır, binaları dağıtmamalıdır”

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya Livana qarşı zərbələrini yalnız dəqiq zərbələrlə məhdudlaşdırmağı məsləhət görüb. AYNA.AZ xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

"Mən Netanyahuya dedim ki, o daha dəqiq olmalıdır, binaları dağıtmamalıdır. O bunu edə bilməz. Bu, çox dəhşətlidir və İsrailə pis təsir edir", - deyə Tramp nəşrə verdiyi telefon müsahibəsində bildirib.

Tramp əlavə edib ki, Livanı və onun rəhbərliyini sevir və ölkənin "yenidən doğula" biləcəyinə inanır.

Amerika liderinin sözlərinə görə, Livanın münaqişəyə cəlb olunmasının səbəbi ölkədə "İran təmsilçisi" olan “Hizbullah”ın fəaliyyət göstərməsidir.

Tramp vurğulayıb ki, “İran və “Hizbullah” Livanı məhv edir, lakin onlar da tezliklə məğlub olacaqlar”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş