Tramp: “Modi Rusiya neftindən imtina etməyə razıdır”

Dünya

03.02.2026 - 14:12

"Modi Rusiya neftini almağı dayandırmağa və ABŞ-dan və ehtimal ki, Venesueladan xeyli çox neft almağa razılıq verib"

ABŞ Prezidenti Donald Tramp Hindistanın Baş naziri Narendra Modinin Rusiya neftini almağı dayandırmağa və ABŞ-dan tədarükü artırmağa, eləcə də Venesueladan neft idxal etməyə başlamağa razılıq verdiyini iddia edib.

AYNA.AZ xəbər verir ki, bu barədə Tramp sosial media platforması “TruthSocial”da yazıb.

"Modi Rusiya neftini almağı dayandırmağa və ABŞ-dan və ehtimal ki, Venesueladan xeyli çox neft almağa razılıq verib", - deyə Tramp telefon danışığından sonra yazıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş