“Rusiya ərazisinin işğalı qlobal münaqişənin həmişəkindən daha yaxın olduğuna işarədir”
ABŞ prezidentliyinə namizəd Donald Tramp xəbərdarlıq edib ki, Ukrayna hərbçilərinin Kursk bölgəsinə hücumu Üçüncü Dünya müharibəsinə səbəb ola bilər. AYNA xəbər verir ki, bu barədə “The Independent” yazıb.
Onun sözlərinə görə, Rusiya ərazisinin işğalı qlobal münaqişənin həmişəkindən daha yaxın olduğuna işarədir.
Detroitdə ABŞ Milli Qvardiya Assosiasiyasının üzvləri qarşısında çıxış edən Tramp Ukraynanın Kursk bölgəsinə son hücumuna qarşı mövqe nümayiş etdirib.
Onun sözlərinə görə, Ukrayna qoşunlarının əraziləri ələ keçirməsi əslində Üçüncü Dünya müharibəsinin hər zamankındən daha yaxın olduğuna işarə idi.
“Görün, Ukraynada nə baş verir. Üçüncü Dünya müharibəsi olacaq”, deyə Tramp qeyd edib.
Bu arada, “The İndependent” yazır ki, Tramp bu yolla yenidən Vladimir Putin və Rusiyaya güzəştə getmək zərurəti barədə fikirlərini səsləndirib, eyni zamanda, Co Bayden və Kamala Harrisi Amerikanı Üçüncü Dünya müharibəsinə sövq edən insanlar kimi qələmə verməyə çalışıb.