Kolumbiya Prezidenti Amerika liderini ölkəsinə dəvət edib
Kolumbiya Prezidenti Qustavo Petro amerikalı həmkarı Donald Trampı ölkəsinə səfərə dəvət edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Kolumbiyanın dövlət başçısı bu barədə Vaşinqtonda ABŞ Prezidenti ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.
“Mən onu yaşamaq üçün gözəl yer olan Kartaxena şəhərinə dəvət etdim”, - deyə Kolumbiya lideri vurğulayıb.
Tramp isə görüşdən sonra Petro ilə “yaxşı yola getdiyini” və narkotik qaçaqmalçılığına qarşı birgə mübarizə barədə razılığa gəldiklərini vurğulayıb.