“İran oyun oynayır, ağıllı hərəkət etməlidirlər”
Prezident Donald Tramp ABŞ ordusunun Hörmüz boğazını açmaq əməliyyatı fonunda İranın son hərəkətlərinə münasibət bildirib.
AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Trampın sözlərinə görə İran razılaşmaq istəyir: “İranda xoşuma gəlməyən şey odur ki, onlar mənimlə çox hörmətlə danışırlar, sonra televiziyaya çıxıb ‘Biz prezidentlə danışmadıq!’ deyirlər. Onlar oyun oynayırlar. Onlar ağıllı hərəkət etməlidirlər. Çünki biz müdaxilə edib insanları öldürmək istəmirik. Mən bunu istəmirəm. Bu, çox mürəkkəb məsələdir”, – deyə Tramp bildirib.
O, həmçinin ümid etdiyini bildirib ki, İranın maliyyə sistemi kritik səviyyəyə qədər zəifləyəcək və bu da ölkəni effektiv şəkildə təslim olmağa məcbur edəcək.