Tramp Hörmüz boğazının blokadasını elan edib

Dünya

12.04.2026 - 18:48

“Qanunsuz rüsum ödəyən heç kimə açıq dənizdə təhlükəsiz keçid verilməyəcək”

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının dəniz blokadası elan edib. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Bu gündən etibarən ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazına girməyə və ya çıxmağa çalışan hər hansı bir gəminin blokadası prosesinə başlayır. Qanunsuz rüsum ödəyən heç kimə açıq dənizdə təhlükəsiz keçid verilməyəcək”, - deyə dövlət başçısı “Truth Social” sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, boğazın blokadasında digər dövlətlər də iştirak edəcək.

Qeyd edək ki, 11 apreldə ABŞ və İran Pakistanda danışıqlar aparıb. Daha sonra məlum olub ki, tərəflər kompromis əldə edə bilməyib.

Tramp İranla danışıqların uğursuzluğundan sonra əlavə tədbirlər görüləcəyini bildirib. O, ABŞ-ın Tehrana təzyiqi artırmaq üçün İran neftinin ixracını dayandırmaq cəhdi barədə məlumat verən məqaləni yenidən paylaşıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş