“Dünya ABŞ Prezidenti Co Baydenə güldüyü kimi Harrisə də lağ edir”
ABŞ-ın keçmiş Prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Demokratlar Partiyasından olan rəqibi, ABŞ-ın vitse-prezidenti Kamala Harrisi “demokratiya üçün təhlükə” adlandırıb. AYNA xəbər verir ki, Tramp bu barədə Pensilvaniyadakı seçki mitinqi zamanı deyib.
“Harris demokratiya üçün təhlükədir. Onlar məni demokratiya üçün təhlükə adlandırırlar, amma özləri təhlükədir”, - Tramp vurğulayıb.
Bundan əlavə, siyasətçi rəqibini tarixin ən pis vitse-prezidenti adlandıraraq, “dünyanın ABŞ Prezidenti Co Baydenə güldüyü kimi Harrisə də lağ etdiyini” söyləyib.