Tramp daha Nobel Mükafatı ilə maraqlanmır

Dünya

13.03.2026 - 22:34

“Xeyr, mən Nobel Mükafatından danışmıram”

ABŞ Prezidenti Donald Tramp artıq Nobel Sülh Mükafatını qazanmaq ehtimalını müzakirə etmək istəmədiyini bildirib.

AYNA.AZ xəbər verir ki, “Washington Examiner” jurnalistinə verdiyi müsahibədə ondan İranla müharibənin nüfuzlu mükafatı qazanmaq şansını artırıb-artırmayacağı soruşulub.

“Bilmirəm. Maraqlanmıram”, - deyə Amerika lideri cavab verib.

Tramp həmçinin qeyd edib ki, Yaxın Şərqdə yeni münaqişə başlayandan bəri xarici liderlərlə söhbətlərində Nobel Mükafatı haqqında müzakirə aparmayıb.

“Xeyr, mən Nobel Mükafatından danışmıram”, - deyə o bildirib.

2025-ci ildə Tramp Nobel Sülh Mükafatına namizədliyi üçün fəal şəkildə lobbiçilik edib. Lakin mükafat sonda Venesuela müxalifət lideri Mariya Korina Maçadoya verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş