“ABŞ dərhal Çindən idxal olunan bütün məhsullara gömrük rüsumlarını 100 faiz qaldırmalıdır”
“Çin pandemiyaya görə 10 trilyon dollar təzminat ödəməlidir”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ-ın keçmiş Prezidenti Donald Tramp deyib.
Respublikaçılar Partiyasının Şimali Karolina ştatında keçirilən qurultayda çıxış edən siyasətçi bəyan edib ki, ABŞ dərhal Çindən idxal olunan bütün məhsullara gömrük rüsumlarını 100 faiz qaldırmalıdır.