Tramp bu həftənin sonunda Zelenski ilə görüşə bilər

Dünya

25.11.2025 - 18:02

“Ukrayna Avropanın danışıqlarda iştirakında israr edir"

ABŞ Prezidenti Donald Tramp noyabrın sonlarında Ukrayna lideri Volodimir Zelenski ilə görüşə bilər. AYNA.AZ xəbər verir ki, bu barıdə Britaniyanın "The Guardian" qəzeti mənbələrinə istinadən məlumat yayıb.

"Mənbələrə görə, Zelenski bu həftənin sonlarında Ağ Evdə Donald Trampla görüşə bilər. Ukrayna Avropanın danışıqlarda iştirakında israr edir", - qəzet yazıb.

Qeyd edək ki, 23 noyabrda Cenevrədə keçirilən mətbuat konfransında çıxış edən ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Avropa İttifaqı və NATO-nun Ukrayna böhranının həlli prosesində iştirakı hələ də müzakirə olunmalıdır. O Amerika tərəfinin təklif etdiyi sülh planının daim təkmilləşdirildiyini və "canlı" sənəd olduğunu iddia edib. Rubio vurğulayıb ki, xüsusilə Rusiya aktivlərinin taleyi və gələcək sülh danışıqlarında Aİ və NATO-nun rolu ilə bağlı fikir ayrılıqları mövcuddur. O əlavə edib ki, bu mübahisəli məsələlər Avropa milli təhlükəsizlik məsləhətçiləri ilə birgə həll olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş