Tramp: “Biz Ermənistanla Azərbaycan arasında müharibəni dayandırdıq”

Dünya

13.10.2025 - 23:17

“Bir saatı bitirdiyimiz zaman hər ikisi bir-birini qucaqlayırdı”

“Biz Ermənistanla Azərbaycan arasında müharibəni dayandırdıq”. AYNA.AZ xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq Sülh Sammitində bəyanatla çıxış edərkən deyib.

O Ağ Evdə Azərbaycan və Ermənistan liderləri ilə avqustun 8-də keçirilmiş görüşü xatırladıb: “Onlar 31 il vuruşdular. Oval Ofisdə bir-birinə əks tərəfdə oturmuşdular. Bir saatı bitirdiyimiz zaman hər ikisi bir-birini qucaqlayırdı. İndi də onlar dostdurlar və çox gözəl anlaşırlar. Ona görə də hər ikinizə təşəkkür etmək istəyirəm. Bu, həqiqətən inanılmazdır”, - deyə Tramp əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş