"O dedi ki, sağa döndüyünüz üçün bəxtiniz gətirdi"
ABŞ-ın keçmiş Prezidenti və dövlət başçısı vəzifəsinə Respublikaçılar Partiyasının namizədi Donald Tramp ABŞ Prezidenti Co Baydenlə telefon danışığının yeni təfərrüatlarını açıqlayıb. AYNA-nın məlumatına görə, Tramp “The New York Post”a müsahibəsində deyib ki, Bayden ona “bəztinin gətirdiyini” söyləyib.
"O dedi ki, sağa döndüyünüz üçün bəxtiniz gətirdi", Tramp bildirib.
Tramp qeyd edib ki, güllələnəndən sonra onu xərəyə qoymaq istəyiblər, lakin o, bundan imtina edib.
Qeyd edək ki, iyulun 13-də Pensilvaniya ştatında seçkiqabağı mitinqdə çıxış edən Donald Trampa sui-qəsd edilib. Amerikanın keçmiş lideri çıxışını yarımçıq saxlayıb və qulağını tutub, sonra yerə uzanıb. O, Məxfi Xidmət agentləri tərəfindən əhatə olunub və sonra təcili olaraq hadisə yerindən evakuasiya edilib.
Sui-qəsddən sonra Trampla Bayden arasında telefon danışığı olub. O, Prezidentlə söhbətini “yaxşı” adlandırıb və qeyd edib ki, hazırkı dövlət başçısı söhbət zamanı “çox səmimi” olub.