“Bu, Amerikaya qarşı ədalətsizlikdir, bu, amerikalı vergi ödəyicisinə qarşı haqsızlıqdır”
ABŞ-ın keçmiş Prezidenti Donald Tramp bildirib ki, Avropa Ukraynanın maliyyələşdirilməsinə daha çox pul xərcləməlidir. AYNA xəbər verir ki, Tramp bu barədə “Newsmax” telekanalına müsahibəsində bildirib.
Jurnalistlər Trampdan yenidən prezident seçiləcəyi təqdirdə Ukraynaya ayrılan maliyyəni kəsmək niyyətində olub-olmadığını soruşublar. Buna cavab olaraq Tramp Avropanı Ukraynaya ABŞ-la eyni məbləğdə pul xərcləməyə çağırıb: “Avropa Ukraynaya ABŞ-dan təxminən 100 milyard dollar az xərcləyir. Bu, Amerikaya qarşı ədalətsizlikdir, bu, amerikalı vergi ödəyicisinə qarşı haqsızlıqdır”.