"Tom Türkiyədəki səfir olaraq qalacaq və ABŞ Dövlət Departamentinin tam dəstəyi ilə xidmət edəcək"
ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Türkiyədəki səfiri Tom Barrakı İraq üzrə xüsusi elçisi təyin edib. AYNA.AZ xəbər verir ki, bu barədə Prezident "Truth Social"da yazıb.
Bildirib ki, diplomat səfir vəzifəsi və Suriya üzsrə xüsusi elçi vəzifəsi ilə yanaşı, İraq üzrə də xüsusi elçi vəzifəsini daşıyacaq.
"Mükəmməl iş görən ABŞ-ın Türkiyədəki səfiri Tom Barrakın Suriya və İraq hökumətləri ilə strateji tərəfdaşlığımızı inkişaf etdirdiyimiz və onlarla münasibətlərimizin möhkəmləndiyi bir vaxtda İraq üzrə də xüsusi elçi təyin olunduğunu elan etməkdən məmnunam", - Tramp yazıb.
Amerika lideri əlavə edib ki, "Tom Türkiyədəki səfir olaraq qalacaq və ABŞ Dövlət Departamentinin tam dəstəyi ilə xidmət edəcək".
Qeyd edək ki, Barrak 2025-ci ilin aprelində ABŞ-ın Türkiyədəki səfiri təyin olunub və həmin il bir ay sonra Tramp onu Suriya üzrə xüsusi elçi təyin edib.