Traktor bir kəndi qazsız qoydu

Hadisə

28.01.2020 - 12:18

Həkimlər Klinikalar SEO Xidməti

Fəsadların tezliklə aradan qaldırılması üçün tədbirlərin görülməsinə başlanılıb

 

Yanvarın 28-də səhər saatlarında Zərdab pambıqtəmizləmə zavoduna məxsus texnika Ucar rayonunun Qazyan kəndi ərazisində diametri 108 mm olan yerüstü qaz xəttinin üzərinə aşıb.

 

AYNA-ya bu barədə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov məlumat verib.

 

Məlumatda qeyd olunur ki, qəza nəticəsində qaz xətti qırılıb. Qəzyan kəndinin bir hissəsi – təqribən 300 abonentin qaz təminatında fasilə yaranıb.

 

Hadisənin səbəbləri araşdırılır və fəsadların tezliklə aradan qaldırılması üçün tədbirlərin görülməsinə başlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş