Geriyə hərəkət zamanı arxa görüntü kamerasının ekranında problem var
Yaponiya avtomobil istehsalçısı “Toyota” geriyə hərəkət zamanı arxa görüntü kamerasının ekranındakı problem səbəbindən ABŞ-da 161 min 268 nəqliyyat vasitəsini geri çağırır. AYNA.AZ xəbər verir ki, “Reuters” bu barədə ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasına (NHTSA) istinadən məlumat yayıb.
Məlumatda deyilir: ““Toyota” geriyə hərəkət zamanı arxa görüntü kamerasının ekranındakı problem səbəbindən ABŞ-da 161 min 268 nəqliyyat vasitəsini geri çağırır".