Tovuzda qohumlar arasında mübahisə düşüb, bıçaqlanan var 

Hadisə

23.12.2023 - 05:12

Həkimlər Klinikalar SEO Xidməti

Əvəz Babayev şübhəli şəxs qismində saxlanılıb

Tovuz rayon Abulbəyli kəndində yerli sakin bıçaqlanıb. AYNA "Report"a istinadən məlumatına görə, Tovuz rayon sakini, 1981-ci il təvəllüdlü Yusibov Fərhad mübahisə zəminində bıçaqlanıb.

O, ağır halda Tovuz Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisəni şəxsi münasibətlər zəminində törətməkdə şübhəli bilinən şəxs isə zərərçəkənin kürəkəni, 1999-cu il təvəllüdlü Əvəz Babayevdir.

O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş