Tovuzda naməlum əşya partlayıb: iki qadın yaralanıb

Hadisə

22.01.2023 - 18:55

Hadisə Əlibəyli kəndində qeydə alınıb

Tovuzda bədbəxt hadisə baş verib. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb.

İki qadın qəlpə yarası ilə xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə hər iki şəxs yaşadığı evdə ocaqda çörək bişirən zaman naməlum əşya partlayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Müəllif: Ayna.az