Ali Rada üzvü məhkəmədə ona qarşı irəli sürülən korrupsiya ittihamlarının əsassız olduğunu sübut etmək niyyətindədir
Ukrayna Ali Radasının "Vətən” fraksiyasının rəhbəri Yuliya Timoşenko Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) parlament üzvlərinə səs vermək müqabilində pul təklif etməsi ilə bağlı iddialarını təkzib edib. AYNA.AZ xəbər verir ki, bu barədə Timoşenko “Facebook”da paylaşım edib.
"Rəsmi olaraq bəyan edirəm ki, NABU tərəfindən dərc olunmuş səs yazılarının mənimlə heç bir əlaqəsi yoxdur. Bütün ittihamları rədd edirəm", - deyə deputat yazıb.
Timoşenko əlavə edib ki, məhkəmədə ona qarşı irəli sürülən korrupsiya ittihamlarının əsassız olduğunu sübut etmək niyyətindədir.
Qeyd edək ki, NABU 14 yanvar tarixində adı açıqlanmayan Ali Rada üzvünün rüşvət almağa cəhdinin səs yazılarını yayımlayıb. Səs yazılarında Timoşenkoya aid edilən qadın səsi həmsöhbətə müəyyən qanun layihələrinin lehinə və ya əleyhinə səs almaq üçün 10.000 dollar təklif edir.