"Biz hamımız bu axşam gözəl və sadə bir səbəbə görə buradayıq - biz bu ölkəni sevirik"
Minnesota qubernatoru Tim Uols ABŞ Demokratlar Partiyasından vitse-prezidentliyə namizədliyi qəbul edib. AYNA xarici mediaya istinadən bildirir ki, avqustun 21-də Çikaqoda keçirilən milli qurultayda Uols “bu, şərəfdir" söyləyib.
"Biz hamımız bu axşam gözəl və sadə bir səbəbə görə buradayıq - biz bu ölkəni sevirik", deyə 60 yaşlı siyasətçi çıxışında həyatının mərhələlərindən, xüsusilə Nebraska ştatının kiçik bir şəhərində keçirdiyi uşaqlıq illərindən və amerikalı futbol məşqçisi kimi fəaliyyətindən danışıb.
Həmin gün ABŞ-ın keçmiş Prezidenti Bill Klinton qurultayda çıxış edərək Uolsı və demokratlar tərəfindən prezidentliyə namizəd kimi irəli sürülən ABŞ vitse-prezidenti Kamala Harrisi dəstəkləyib. Klinton əmin olduğunu bildirib ki, Harris və Uols Birləşmiş Ştatlar üçün “təmiz hava” olacaq və onları seçən amerikalılar “ömürlərinin sonuna qədər bununla fəxr edəcəklər”.