Yanğın qızıl mağazasında başlayıb və digər mağazalara keçib
Tiflisdə yerləşən "Qızıl Ark" ticarət mərkəzində yanğın olub. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, yanğın ticarət mərkəzindəki mağazalardan birində başlayıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Fövqəladə Halların İdarə Edilməsi Xidmətindən bildirilib ki, hadisə yerinə operativ şəkildə yanğınsöndürmə və xilasetmə briqadaları cəlb edilib.
Mağaza sahiblərinin sözlərinə görə, yanğın qızıl mağazasında başlayıb və digər mağazalara keçib.