Tiflisdə hökumət əleyhinə mitinq bərpa olunub

Dünya

10.12.2024 - 00:40

Həkimlər Klinikalar SEO Xidməti

Etirazçıların tələbləri eynidir - yeni parlament seçkilərinin keçirilməsi və hazırkı hökumətin istefası

Tiflisdə parlament binası yaxınlığında hökumət əleyhinə növbəti mitinq keçirilir. AYNA gürcü mediasına istinadən bildirir ki, etirazçılar dünən axşam saatlarında qanunvericilik orqanının binası qarşısına gələrək Rustaveli prospektini bağlayıblar.

Onların tələbləri eynidir - yeni parlament seçkilərinin keçirilməsi və hazırkı hökumətin istefası.

Mitinq keçirilən ərazinin ətrafında hüquq-mühafizə orqanlarının əməkdaşları gözə dəyməyib. Nümayiş dinc xarakter daşıyır.

Qeyd edək ki, noyabrın 28-də Gürcüstanda yeni etiraz dalğası başlayıb. Etiraz aksiyaları hər gün parlament bninasının yaxınlığında keçirilir, bütün gecə davam edir və bir qayda olaraq xüsusi təyinatlıların nümayişçiləri dağıtmaq üçün xüsusi texnikadan istifadə etməsi ilə başa çatır. Şənbə günü etirazçıların özləri Rustaveli prospektini tərk etmişdilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş