Tibbi səbəblərdən imtahan verə bilməyənlərə də şans yaradılacaq

Cəmiyyət

17.07.2020 - 15:22

Həkimlər Klinikalar SEO Xidməti

Məleykə Abbaszadə onlayn mətbuat konfransı keçirib

 

“Öncəki buraxılış imtahanlarında 3822 nəfər müəyyən səbəblərdən imtahanlarda iştirak etməyib”.

 

AYNA xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə onlayn mətbuat konfransında deyib. O bildirib ki, onların arasında da təkrar imtahan vermək üçün müraciət edənlər var:

 

“Həmin şəxslərin çoxu tibbi səbəblərdən imtahanlarda iştirak edə bilməyib. İndi onların tibbi statusu müəyyənləşdiriləcək. Bilinəcək ki, kim sağalıb, kim yox. Bundan başqa, Naxçıvan ərazisində imtahan keçirilən zaman Bakıda olanlar var idi və ya tam əksinə. Onlar üçün də imtahanda iştirak şansı yaradılacaq”.

 

M. Abbaszadə qeyd edib ki, imtahanların keçirilməsi ilə bağlı cədvəllər sabah axşam, ya da birisigün səhər təqdim olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş