Tibbi maskadan istifadə etməyən şəxslər cərimələnib

Cəmiyyət

04.08.2020 - 11:26

Həkimlər Klinikalar SEO Xidməti

Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, sanitar-gigiyenik tələblər izah olunub

 

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə qapalı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslərə qarşı tədbirlər davam etdirilir. Bu barədə AYNA-ya DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

 

Polis əməkdaşları tərəfindən şəhər ərazisində yerləşən böyük supermarketlərdə keçirilən reyd zamanı bəzi müştərilərin tibbi maskadan istifadə etmədiyi aşkar edilib. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, sanitar-gigiyenik tələblər izah olunub.

 

Tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin zəruriliyi bildirilib. Karantin rejiminin qaydaları və tələbləri bir daha onların diqqətinə çatdırılıb. Barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək, 100 manat məbləğində cərimə olunublar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş