Tibb işçilərinin maaşlarına əlavənin müddəti uzadılıb

Cəmiyyət

30.01.2021 - 20:48

Həkimlər Klinikalar SEO Xidməti

Baş nazir Əli Əsədov qərar imzalayıb 

 

Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti uzadılıb.

 

AYNA-nın məlumatına görə, Baş nazir bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti martın 31-dək uzadılıb. Əvvəl bu müddət yanvarın 1-dək müəyyən edilmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş