“The Sunday Times”: İrlandiya Parlamentinin üzvü Rusiyaya casusluq edib

Dünya

06.10.2024 - 21:15

Həkimlər Klinikalar SEO Xidməti

Rus agentləri irlandiyalını əməkdaşlığa cəlb etmək üçün "bal tələsi" adlanan üsuldan istifadə ediblər

“The Sunday Times” qəzeti “Brexit” dövründə Rusiya kəşfiyyat xidmətləri ilə İrlandiya hakimiyyət orqanları arasında əlaqələrə dair araşdırma dərc edib. AYNA-nın xəbərinə görə, nəşrin araşdırmasında iddia olunur ki, İrlandiya Parlamentinin üzvlərindən biri Kreml tərəfindən əməkdaşlığa cəlb edilib və 2019-2022-ci illər arasında Moskvanın maraqlarından çıxış edib.

Məqalədə deputatın adı çəkilmir, sadəcə ləqəbinin Kobalt olduğu bildirilir.

“The Sunday Times” iddia edir ki, Kobalt hazırda da İrlandiya Parlamentinin üzvüdür. Qeyd olunur ki, Böyük Britaniya Avropa İttifaqını tərk edərkən Kobaltın vəzifəsi İrlandiya, Böyük Britaniya və Avropa İttifaqı arasında münasibətləri pozmaq üçün Moskvanın maraqlarına xidmət etmək olub. O həmçinin Rusiya agentlərinə Şimali İrlandiyada separatçıların silahlı gizli qüvvələri ilə əlaqələr qurmağa kömək göstərməyi təklif edib.

Kəşfiyyat mənbələri “The Sunday Times”a bildiriblər ki, rus agentləri irlandiyalını əməkdaşlığa cəlb etmək üçün "bal tələsi" adlanan üsuldan istifadə ediblər: əvvəl həmin şəxsin agent tərəfindən cinsi əlaqədə olmasını təmin ediblər, gizli videoçəkiliş aparıblar, sonra bunun vasitəsilə şantaj ediblər.

“The Sunday Times” rus agentin adını çəkir: Sergey Prokopyev. Rus kəşfiyyat zabitinin Dublindəki Rusiya səfirliyində gizli işlədiyi deyilir. O və daha üç rusiyalı diplomat 2022-ci ildə casusluqda ittiham olunaraq İrlandiyadan qovulub. Kobalt İrlandiya kəşfiyyat orqanlarının radarında qalır, lakin onun heç bir məxfi məlumata çıxışı olmadığı üçün casusluqda ittiham etmək mümkün olmur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş