"Rusiyanın məmnuniyyətlə qoşulduğu Çin arqumenti ondan ibarətdir ki, ABŞ əsl iğtişaş mənbəyidir”
Xaotik siyasət yürüdən Donald Trampın rəhbərlik etdiyi ABŞ-dan fərqli olaraq Rusiya və Çin digər ölkələr üçün daha stabil tərəfdaşlardır. AYNA.AZ xəbər verir ki, bu barədə amerikalı analitik Maykl Kimmaqe “The New York Times” (NYT) nəşrinə deyib.
"Rusiyanın məmnuniyyətlə qoşulduğu Çin arqumenti ondan ibarətdir ki, ABŞ əsl iğtişaş mənbəyidir. Bu, artıq sadəcə mem və ya mübahisə deyil. Bu, doğrudur", - ekspert qeyd edib.
Bildirib ki, Trampın “dağıdıcı” ticarət müharibələri və onun “olduqca dəyişkən” xarici siyasəti Moskva və Pekinin Vaşinqtondan başqa digər ölkələr üçün daha stabil potensial tərəfdaş kimi göründüyünü göstərir.
Bundan əvvəl “The Wall Street Journal” (WSJ) Rusiya, Çin və Hindistan liderlərinin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində birlik nümayiş etdirərək Trampın xarici siyasətinə meydan oxuduğunu yazıb.