“The Guardian”: Zelenskinin sözləri Trampı qəzəbləndirib

Dünya

19.02.2025 - 15:06

Həkimlər Klinikalar SEO Xidməti

“Tramp qəzəblənib və Zelenskiyə qarşı silsilə hücumlara başlayıb"

Rusiya ilə ABŞ arasında Ər-Riyadda aparılan danışıqları tənqid edən Ukrayna lideri Volodimir Zelenskinin sözləri ABŞ Prezidenti Donald Trampı qəzəbləndirib. AYNA xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti yazıb.

Nəşr Zelenskinin Rusiya ilə ABŞ arasında Ər-Riyadda danışıqların Rusiya nümayəndələri ilə ABŞ nümayəndələri arasında aparılaqn "Ukrayna haqqında - yenə Ukrayna haqqında - və Ukraynasız" sözlərini xatırladıb.

"Ukrayna Prezidentinin şərhləri, görünür, Trampı qəzəbləndirib və o, Zelenskiyə qarşı silsilə hücumlara başlayıb", - bildirilib.

“The Guardian” yazıb ki, Tramp gələcəkdə Ukraynada seçkilərin keçirilməsinin vacibliyini buna görə dilə gətirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş