Paytaxt təmsilçisi xal ehtiyatını 41-ə çatdırıb
Martın 14-də futbol üzrə İngiltərə Premyer Liqasının 30-cu turun mərkəzi qarşılaşması oynanılıb. AYNA xəbər verir ki, görüşdə iki London təmsilçisi - "Arsenal" və "Tottenhem" komandaları üz-üzə gəlib.
Gərgin epizodlarla yadda qalan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbə sayəsində xal ehtiyatını 41-ə çatdıran "Arsenal" turnir cədvəlində 10-cu, "Tottenhem" isə 45 xalla 7-ci yerdə qərarlaşıb.