"Qalatasaray" Superkuboku qazandı

İdman

08.08.2019 - 05:31

Görüş İstanbul klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb

 

Futbol üzrə Türkiyə Superkubokunun qalibi məlum olub. AYNA “Report”-a istinadən xəbər verir ki, kubok uğrunda mübarizədə "Qalatasaray" və "Akhisar Bələdiyyəspor" qarşılaşıb.

 

Ankaranın "Eryaman" stadionunda keçirilən görüş İstanbul klubunun 1:0 hesabı qələbəsi ilə başa çatıb.

 

Matçda yeganə qolu 38-ci dəqiqədə "Qalatasaray"ın yarımmüdafiəçisi Yunes Belanda vurub.

 

Beləliklə, "Qalatasaray" 16-cı dəfə Türkiyə Superkubokunun qalibi olub.

Müəllif: Ayna.az