Pakston administrasiyanı 450 min seçicinin vətəndaşlığının yoxlanılması çağırışına cavab vermədiyinə görə məhkəməyə verib
Texas ştatının baş prokuroru Ken Pakston ABŞ Prezidenti Co Bayden administrasiyasını ştatda qeydiyyatdan keçmiş 450 min seçicinin vətəndaşlığının yoxlanılması çağırışına cavab vermədiyinə görə məhkəməyə verib. AYNA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, ABŞ-da federal seçkilərdə “qeyri-vətəndaşların” iştirakı qanunsuzdur və rəsmi yoxlamalar belə halların az olduğunu müəyyən edib.
Eyni zamanda, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp iddia edir ki, qarşıdan gələn seçkilərdə Amerika vətəndaşlığı olmayan daha çox insan Demokratlar Partiyasının namizədi Kamala Harrisə səs verə bilər.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək. Seçki yarışı Demokratlar Partiyasının namizədi, vitse-prezident Kamala Harris və Respublikaçılar Partiyasının namizədi, sabiq Prezident Donald Tramp arasında olacaq.