Texas məhkəməsi 20 ildir ölüm cəzasını gözləyən kişini təqsirsiz bilib

Maraqlı

24.06.2024 - 12:36

Həkimlər Klinikalar SEO Xidməti

Amerikalının həbsdə keçirdiyi 20 il nəzərə alınıb və sərbəst buraxılıb

Texasın Cinayət Apellyasiya Məhkəməsi amerikalı Kerri Kuku 47 il əvvəl törədilən qətldə təqsirsizliyini sübut etməyə çalışaraq 20 ilə yaxın ölüm cəzasını gözləyəndən sonra günahsız hesab edib. AYNA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilir ki, bir kişi 1977-ci ildə 21 yaşlı qonşusu Linda Edvardsı zorlamaqda və öldürməkdə təqsirli bilinib. 1979-cu ildə o, ölüm cəzasına məhkum edilmiş, lakin sonradan hökm ləğv edilmişdir. 1992-ci ildə münsiflər heyəti yekdil qərara gələ bilməyiblər. 1994-cü ildə Kerri Kuk yenidən ölüm cəzasına məhkum edilib.

Amerikalının həbsdə keçirdiyi 20 il nəzərə alınıb və sərbəst buraxılıb.

Bu həftə Texas məhkəməsi 68 yaşlı Kuku sübutların yanlış təfsirinə və prokurorların işini əsaslandırdığı yalan ifadələrə əsaslanaraq günahsız sayıb.

Qeyd edək ki, 2023-cü ilin dekabrında Amerikanın Oklahoma ştatının məhkəməsi 48 ilini dəmir barmaqlıqlar arxasında keçirmiş şəxsə bəraət vermişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş