"Tesla" Hindistanda işə başlayır

Dünya

18.02.2025 - 23:35

Həkimlər Klinikalar SEO Xidməti

Şirkət 13 vəzifəyə namizəd axtarır

Elektriklə işləyən avtomobil istehsalçısı “Tesla” baş direktoru İlon Maskın Hindistanın Baş naziri Narendra Modi ilə Vaşinqtonda keçirdiyi son görüşdən sonra Hindistanda işə başlayıb. AYNA xəbər verir ki, bu barədə şirkət “Linkedin” sosial şəbəkəsində məlumat yayıb.

“Tesla”nın səhifəsində yerləşdirilən elanlara əsasən, şirkət məsləhətçilər, operatorlar və müştəri xidmətləri üzrə mütəxəssislər daxil olmaqla 13 vəzifəyə namizəd axtarır. Beş vakansiya Mumbay şəhəri üçün, qalanları isə Yeni Dehli üçün elan edilib.

Fevralın 13-də Modi Vaşinqtonda Maskla görüşüb. Söhbət zamanı Hindistan və Amerika şirkətləri arasında innovasiya və süni intellekt sahəsində əməkdaşlığın gücləndirilməsi, eləcə də səmərəli dövlət idarəçiliyi məsələlərini müzakirə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş