Tərtərdə yol qəzası olub: 3 nəfər xəsarət alıb

Hadisə

28.12.2025 - 15:33

Yaralılar Bərdə və Tərtər rayon xəstəxanalarına yerləşdirilib

Tərtərdə yol-nəqliyyat hadisəsi baş verib, yaralılar var. AYNA.AZ-ın APA-ya istinadən xəbərinə görə, hadisə Borsunlu-Hindarx yolunun Tərtər rayon Azad Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" və "Mitsubishi" markalı minik maşınlarının toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralılar Bərdə və Tərtər rayon xəstəxanalarına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş