3 nəfər xilas edilib
Tərtər ərazisində su kanalında axına düşən dörd nəfərdən 3-ü xilas edilib, 1 nəfərin isə meyiti tapılıb.
AYNA.AZ APA-ya istinadən xəbər verir ki, rayonun Cəmilli kəndi ərazisində baş verən hadisə zaman xilas edilənlərdən biri - Bərdə rayon Körpüqıran kənd sakini 1976-cı il təvəllüdlü Zamanov Asim Məhəmməd oğlunun vəziyyətinin stabil, iki nəfərin isə həyatı təhlükəsinin olmadığı bildirilir.
Digər bir nəfər isə bədbəxt hadisə nəticəsində həyatını itirib. Onun meyiti Suqovşan-Goranboy magistral suvarma kanalının Tərtər rayon Borsunlu kəndi ərazisindən keçən hissəsində çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Tərtərdə su kanalında boğularaq həyatın itirən şəxsin kimliyi məlum olub.
O Bərdə rayon Körpüqıran kənd sakini 1994-cü il təvəllüdlü Hüseynov Natiq Namiq oğlundur.