Xarici İşlər Nazirliyi məlumat yayıb
Həlak olan şəxslərin siyahısındakı Hüseynov Vüqar Fuad oğlunun Azərbaycan Respublikası vətəndaşlığını təsdiq edən hər hansı bir sənədə malik olmadığı müəyyən edilib.
AYNA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
Xatırladaq ki, Moskvada törədilən terror aktında ölənlərdən biri azərbaycanlı Vüqar Hüseynovdur.